Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Toy şəkillərini paylaşan Xoşqədəm Hidayətqızı: "Deyirdilər ki, 1 il sonra ayrılacaqlar" - FOTO

Tarix :
Toy şəkillərini paylaşan Xoşqədəm Hidayətqızı: "Deyirdilər ki, 1 il sonra ayrılacaqlar" - FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yeni paylaşım edib. 
O, instaqram hesabında müğənni həyat yoldaşı Doğuşla toyunda çəkilən fotolarını paylaşıb.
Artıq 8 ildir evli olan aparıcı görüntülərə xoş sözlərini də əlavə edib:
"Bu gün Doğuşla evliliyimizin 8 ili tamam olur. 8 il əvvəli xatırlayıram. Bizim evliliyimizlə bağlı proqnozlar vermişdilər. 6 ay ya da 1 il sonra ayrılacaqlar. Oysa ki, ayıran da, birləşdirən də Allahdır. Çox şükür, 8 ildir, birlikdəyik".
Xatırladaq ki, Doğuşla Xoşqədəmin Arda ilə Arın adlı övladları var.