Sosial şəbəkələrdə paylaşılan vandallıq videosunun harada çəkildiyi məlum deyil, ancaq relyefinə görə Qarabağa oxşayır.
Videoda hərbi geyimdə olan ermənilərin azərbaycanlılara məxsus qəbirləri təhqir etmələri – başdaşılarını sındırmaları və qəbrin üstündə gəzmələri əks olunub.
Kadrlardakı ermənilərdən birinin gödəkçəsinin qolunda Rusiya Federasiyası Daxili Qoşunlarına məxsus şevron (2016-cı ilədək istifadə olunub – red.) olduğu da görünür.