Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyada səfərbərlik: 10 min nəfər geri qaytarıldı

Tarix :
Rusiyada səfərbərlik: 10 min nəfər geri qaytarıldı

"Ölkə üzrə səfərbər edilmiş təxminən 10 min nəfər müxtəlif səbəblərə görə geri qaytarılıb".
"Interfax" xəbər verir ki, bunu Rusiya Dövlət Duması Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bildirib.
Xatırladaq ki, Vladimir Putin Rusiya Federasiyasında qismən səfərbərlik haqqında fərman imzalayıb. Səfərbərlik fəaliyyətləri sentyabrın 21-dən başlayıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, qismən səfərbərlik çərçivəsində 300 min ehtiyatda olan əsgər çağırılacaq.
Oktyabrın 14-də Putin səfərbərliyi iki həftə ərzində başa çatdırmağı planlaşdırdıqlarını açıqlayıb.