Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Xerson meri saxlanıldı - Casusluqda ittiham olunur

Tarix :
Xerson meri saxlanıldı - Casusluqda ittiham olunur

Ukraynanın Xerson vilayətinin yerli administrasiyası rəhbərinin sabiq müavini Vladimir Pepel saxlanılıb.
“NEXTA” xəbər verir ki, məmur işğal dövründə Rusiya qüvvələri ilə əməkdaşlıq etməkdə ittiham olunur.
Bildirilib ki, hazırda V.Pepellə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, 24 fevralda Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Xerson vilayəti müharibənin gedişində Rusiya tərəfindən işğal olunsa da, sonradan Ukrayna Silahlı Qüvvələri vilayətin mərkəzi olan Xerson şəhərini və Dnepr çayının sağ sahillərini azad edib.