Almaniya təbii qazı bu ölkədən tədarük edəcək

Tarix :
Almaniya təbii qazı bu ölkədən tədarük edəcək

Qətər 2026-cı ildən Almaniyaya təbii qaz tədarük edəcək.
 
Xarici medianın məlumatına görə, Qətər Dövlət təbii qaz şirkəti “QatarEnergy”, ABŞ-ın enerji şirkəti “ConocoPhillips” ilə 2026-cı ildən başlayaraq 15 il müddətinə mayeləşdirilmiş təbii qazın Almaniyaya ixracına dair müqavilə imzalayıb.