Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İranda 700-dən çox məhbus azad edildi - Yığmanın şərəfinə

Tarix :
İranda 700-dən çox məhbus azad edildi - Yığmanın şərəfinə

İran hakimiyyəti Qətərdə keçirilən dünya çempionatında milli komandanın Uels yığması üzərində qələbəsindən sonra həbsxanalardan 715 məhbusu azad edib.
"Fars News" xəbər verir ki, bu qərar İslam Respublikasının məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhseni-Ejeinin əmri ilə qəbul edilib.
İranın məhkəmə sisteminin rəhbəri iranlı futbolçuların qələbəsini yüksək qiymətləndirib. O, “Dünya Çempionatında islami İran xalqına sevinc və xoşbəxtlik bəxş edən, milli birliyin təzahürünə, kollektivizm ruhuna çevrilən məqsədə qeyrətli münasibətini” qeyd edib. "
Noyabrın 25-də İran millisi ilk turda ingilislərə 2:6 hesabı ilə məğlub olan Uels komandasına 2:0 hesabı ilə qalib gəlib. Bu, iranlıların dünya çempionatı oyunlarında iştirak tarixində üçüncü qələbəsidir.