Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Siyasi partiyalar haqqında” qanun layihəsi I oxunuşda qəbul olundu

Tarix :
“Siyasi partiyalar haqqında” qanun layihəsi I oxunuşda qəbul olundu

Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə vitse-spiker Fəzail İbrahimli məlumat verib.
O bildirib ki, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınıb.
Daha sonra deputatlar yeni hazırlanan qanun layihəsi ilə bağlı fikirlərini səsləndiriblər.
Müzakirələrdən sonra qanun layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.