Müharibə başlayandan bəri Ukrayna Müdafiə Qüvvələri 88 mindən çox işğalçını məhv edib.
Ötən sutkada təxminən 500 rus hərbçi zərərsizləşdirlib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Fevralın 24-dən noyabrın 29-dək Rusiya Ordusunun şəxsi heyət arasında ümumi döyüş itkiləri təxminən 88 380 (gündə +480) nəfərdir.
Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna əsgərləri həmçinin 2911 (+3) tank, 5866 (+5) zirehli döyüş maşını, 1901 (+2) artilleriya sistemi və 395 reaktiv yaylım atəş sistemini məhv edib.