Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Əməkdar artist: “Halsızam, ayaqlarım şişib“

Tarix :
Əməkdar artist: “Halsızam, ayaqlarım şişib“

Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.
Bu barədə özü "Instagram"da məlumat yayıb.
Onun sözlərinə görə, çox halsızdır və ayaqlarında şişkinlik yaranıb:
"Elə yorğunam, elə halsızam ki, evə gəlib bir stəkan çay içməyə halım qalmayıb, o qədər yorğunam. Hətta ayaqlarım da şişib. Amma əvəzində bir təsəllim var, istedadlı tələbələrimin səslərində yeni ifalar lentə aldım.
Musiqilərin digərlərinin aranjımanı sabaha qaldı. Bugünkü kimi yenə gecə 12-də evə gələcəm. Bu, artıq həyat tərzimə çevrilib".