Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ülviyyə Əliyeva “Toppuş bacı”nı tənqid edənlərə cavab verdi

Tarix :
Ülviyyə Əliyeva “Toppuş bacı”nı tənqid edənlərə cavab verdi

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) İnstaqramda canlı yayım açaraq müalicəsi üçün yardım istəyib.
Bir gecədə 13 min manat toplaya bilən aktrisa sevənlərinə təşəkkür etsə də, onu qınayanlar da az olmayıb.
“Toppuş bacı”dan bir neçə həftə əvvəl xalqdan yardım istəyən Xalq artisti Könül Xasıyeva da eyni tənqidlərlə üzləşdi. İnsanlar bu cür yardım istəməyi sənətçiyə yaraşdırmadı.
Bəs görəsən, insanlar niyə sənətçilərin yardıma ehtiyacı olduğuna inanmaq istəmir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Ülviyyə Əliyeva hazırda həmkarı Tünzalə Əliyevanın müalicəsinin davam etdiyini deyib. O, öz adından aktrisaya maddi yardım edənlərə təşəkkür edib:
“Tünzalə Əliyeva hazırda müalicə alır. Hələ ki, bir yenilik yoxdur. Bundan sonra yenidən MRT olunacaq o zaman bilinəcək ki, nəticə var, yoxsa yox. Tənqid edənlər barədə nə deyə bilərəm ki? Kim başa düşürsə, Allah onlardan razı olsun, Allah ürəklərinə görə versin. Heç kəsi qınamalı da deyil, camaatın yaşayışı da çətindi, onları da başa düşürəm. Kim kömək edə bilirsə, edibsə, Allah köməkləri olsun. Mən hər kəsi anlayıram”.