Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.
V. Əliyev buna qədər Heydər Əliyev Fondunda çalışıb.
Bundan öncə isə o, AZƏRTAC-ın siyasət şöbəsində işləyib.