Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

26 yaşlı azərbaycanlı İsveçdə nazir təyin olundu - FOTOLAR

Tarix :
26 yaşlı azərbaycanlı İsveçdə nazir təyin olundu - FOTOLAR

26 yaşlı gənc Romina Purmuxtari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub.
 
“Qafqazinfo” xəbər verir ki, Purmuxtari bununla da İsveç hökumətində bu günə qədər təyin olunan ən gənc nazir olub.  
Məlumata görə, Purmuxtari daha əvvəl Liberal partiyanın gənclər təşkilatının sədri vəzifəsində çalışıb.
Qeyd olunur ki, oktyabrın 17-si İsveç parlamenti ölkənin Baş naziri vəzifəsinə Mühafizəkarlar partiyasının lideri Ulfa Kristerssonun namizədliyini təsdiq edib. Kristersson növbəti gün Nazirlər Kabinetinin yeni tərkibini təqdim edib. 
Bildirilir ki, bundan əvvəl İsveçin ən gənc naziri 27 yaşlı Aida Hacialiç hesab olunurdu. Belə ki, orta təhsil naziri olan Aida içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə, 2016-cı ildə istefaya göndərilib.
Qeyd edək ki, Romina 1995-ci ildə İsveçdə anadan olub. O, əslən Cənubi Azərbaycandandır. Onun atası İbrahim Purmuxtari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə mühacirət edib, bir neçə il öncə vəfat edib.