Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

At və uzunqulaq əti satanlar məsuliyyətə cəlb olunublar

Tarix :
At və uzunqulaq əti satanlar məsuliyyətə cəlb olunublar

İsmayıllı rayonunda “Tinglik” adlanan ərazidə tapılan at və uzunqulaq ayaqları, eləcə də həmin heyvanlara aid digər tullantılarla bağlı yayılan söz-söhbət aidiyyəti qurumların da diqqətini cəlb edib. 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının rayon ərazisində qanunsuz ət kəsiminə qarşı birgə keçirdikləri tədbirlər nəticəsində son aylarda üç fakt aşkarlanıb: "Həmin əməli törədən şəxslər məsuliyyətə cəlb olunublar. Hazırda Polis Şöbəsinin təhqiqat və istintaq bölməsində müvafiq araşdırmalar davam etdirilir”.