Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İkinci turun son oyunları bu gündür

Tarix :
İkinci turun son oyunları bu gündür

Bu gün Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsində ikinci turun son oyunları keçiriləcək. G və H qruplarında ümumilikdə dörd oyun təşkil ediləcək.
Günün ilk oyununda G qrupunda Kamerun və Serbiya yığmaları üz-üzə gələcəklər (14:00). Bu qrupun digər qarşılaşması Braziliya yığması ilə İsveçrə seçməsi arasında olacaq (20:00).
H qrupunda Cənubi Koreya Qana ilə görüşəcək (17:00), Portuqaliya isə Uruqvayı sınağa çəkəcək (23:00).