Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyada şəxsi helikopter qəzaya uğradı - iki nəfər öldü

Tarix :
Rusiyada şəxsi helikopter qəzaya uğradı - iki nəfər öldü

Rusiyanın Tver vilayətində şəxsi “Robinson” helikopterinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.
"Helikopter Vyazovets kəndi yaxınlığındakı əkin sahəsinə düşüb. Təyyarədə pilot və sərnişin olub. Hər ikisi ölüb", - mənbə bildirib.
Qəzanın səbəblərinə texniki nasazlıq və pilot xətası göstərilir. 
Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə 22 nəfər və 6 texnika göndərilib. Rusiyanın Fövqəladə Hallar Nazirliyindən doqquz nəfər və üç texnika cəlb olunub.