Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Şəmkirdə sərnişin avtobusu minik maşını ilə toqquşub, yaralılar var

Tarix :
Şəmkirdə sərnişin avtobusu minik maşını ilə toqquşub, yaralılar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, hadisə rayonun 5-ci küçəsində qeydə alınıb.
Sərnişin avtobusu ilə “Mercedes” markalı minik maşını toqquşub.
Hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları gəliblər.
Sərnişinlərdən altı nəfəri - 1965-il təvəllüdlü Cümşüd Mustafayev, Eşqin Məmmədov (1995), Nazilə Eminova (1981), Əli Quliyev (1959), Xədicə Abdulayeva (1959) və Nüşabə Qasımova (1959) - xəstəxanaya aparılıb.
Onların xəsarətləri ciddi deyil, ilkin tibbi yardımdan sonra evə buraxılacaqlar.
Faktla bağlı araşdırmalar davam etdirilir.