Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ermənistanın keçmiş məmur oğlunun həbsi üçün vəsatət rədd edildi

Tarix :
Ermənistanın keçmiş məmur oğlunun həbsi üçün vəsatət rədd edildi

Ermənistanın keçmiş Baş Qərargah rəisinin oğlu İqor Xaçaturovu yenidən həbs etmək istəyiblər, lakin məhkəmə bundan imtina edib.
Bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Bildirilib ki, yeni baş prokuror Anna Vardapetyan Xaçaturovu həbsə qaytarmağa çalışıb. Lakin Kassasiya Məhkəməsi vəsatəti rədd edib.
Xatırladaq ki, Baş Qərargah rəisinin oğlu iyulda iki aylıq həbsdən sonra zaminə buraxılıb. İstintaq Komitəsinin məlumatına görə, paytaxtda keçirilən etiraz aksiyası zamanı o, asayiş keşikçisini döş qəfəsindən vurub.