Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Əfsanəvi futbolçudan Messi ilə bağlı SƏRT açıqlamalar

Tarix :
Əfsanəvi futbolçudan Messi ilə bağlı SƏRT açıqlamalar

Məşhur braziliyalı futbolçu Artur Zikonun Lionel Messi ilə bağlı açıqlamaları gündəmə çevrilib.
Xarici KİV xəbər verir ki, Messinin liderlik keyfiyyətlərinin olmadığını söyləyən Ziko, "Messinin qanında liderlik yoxdur. Mən kapitan olanda bütün komanda yoldaşlarıma nəzarət edirdim. "Barselona"nın "Liverpul"a uduzduğu matçda Messiyə diqqət yetirmişdim. O, heç kimə qışqırmırdı, heç kimə heç nə demirdi, komandasını ayağa qaldırmaq üçün heç nə etmirdi" - deyə, bildirib.
Braziliyalı ulduz bu sözləri Argentina-Səuddiyə Ərəbistanı arasındakı oyunu şərh edərkən söyləyib.