Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İlham Əliyev bu şəxsləri təltif etdi - Siyahı

Tarix :
İlham Əliyev bu şəxsləri təltif etdi - Siyahı

Prezident İlham Əliyev Lənkəran Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Lənkəran Dövlət Universitetinin 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Lənkəran Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilib:
Ağazadə Yədulla Bəbir oğlu
Əzizov Sənan Qərib oğlu.
Dövlət başçısının digər Sərəncamı ilə Lənkəran Dövlət Universitetinin 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Lənkəran Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Ağayeva Məlahət Əli qızı
Mahmudov Kamal Fətulla oğlu
Şahqubadbəyli Ənvər Xandadaş oğlu.