Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Əvvəl söydü, sonra öldürdü: 14 il cəza aldı

Tarix :
Əvvəl söydü, sonra öldürdü: 14 il cəza aldı

Ali Məhkəmədə Bakıda qətl törətməkdə təqsirləndirilən Pərvin Çərkəzovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrlik etdiyi prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə 2019-cu il iyunun 24-də Bakının Binəqədi rayonunda baş verib.
Məlumata görə, cinayət saat 04:00 radələrində Ağamalıyev küçəsində 6 saylı binanın qarşısında baş verib.
Abdullayev Kamran Azad oğlunun bud nahiyəsinə bir bıçaq xəsarəti yetirilib. K.Abdullayev Kliniki Tibbi Mərkəzə çatdırılanda qan itirdiyinə görə ölüb.
İlkin məlumata görə, qeyd edilən şəxslər daha əvvəl bir-birini tanımayıblar. Hadisə şahidlərinin sözlərinə görə, iki gənc arasında münaqişə ədəbsiz ifadələrin işlədilməsinə görə baş verib. Qızla gəzən K.Abdullayev telefonda kiminləsə kobud danışan P.Çərkəzovun yanından keçəndə ona narazılığını bildirib.
O, P.Çərkəzovu əxlaqlı olmağa çağırıb. P.Çərkəzov iraddan sonra cibindən bıçağı çıxararaq K.Abdullayevə zərbə endirib.
Məhkəmədə məlum olub ki, Çərkəzov daha əvvəl oğurluğa və avtomobil qaçırmağa görə məhkumluq həyatı yaşayıb.