Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Tərtərdə iki minik avtomobili toqquşaraq mikroavtobusa çırpıldı: Ölən və yaralananlar var

Tarix :
Tərtərdə iki minik avtomobili toqquşaraq mikroavtobusa çırpıldı: Ölən və yaralananlar var

Tərtər rayonunda bir nəfərin ölümü, daha bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, “Kia” və “Pirus” markalı minik avtomobilləri toqquşaraq yolun kənarında dayanan mikroavtobusa çırpılıblar.
Hadisə nəticəsində bir nəfər ölüb, 10-dan çox adam isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda ölən və yaralıların kimliyi, eləcə də hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.