Zelenski Rusiyanın ATƏT-dən çıxarılmasına çağırdı

access_time24-11-2022, 17:47 visibility4 categoryXəbərlər
Təcavüzkarı maksimum təcrid etmək lazımdır, qlobal böhranlardan çıxış yolu tapmaq üçün Rusiya ATƏT-dən kənarlaşdırılmalıdır.
Bunu ATƏT Parlament Assambleyasının iclası zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Ukrayna dövlət başçısının sözlərinə görə, bir çox beynəlxalq təşkilatlar Ukraynada müharibənin dayandırılmasına kömək etməyə çalışır. Lakin Rusiya Federasiyası hələ də onların əksəriyyətinin, o cümlədən ATƏT-in üzvüdür.
"Mən sizi ATƏT-in həqiqətən terroru dayandırmağa və rusiyalı qatillərin ədalət qarşısında cavab verməyə qadir olanlar sırasında olmasını təmin etmək üçün mümkün olan hər şeyi etməyə çağırıram. Rusiya sülhlə bağlı məktubları oxumur və Helsinki prinsipləri ilə bağlı bəyanatlara qulaq asmır. Rusiya Avropada hər hansı bir şuranın olmasını dəyər hesab etmir", - Zelenski qeyd edib. 
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş