Çində 146 milyard kubmetrlik qaz yatağı tapıldı

access_time24-11-2022, 17:34 visibility5 categoryXəbərlər
Çinin Sinopec korporasiyası Çinin cənub-qərbində ehtiyatları təxminən 146 milyard kubmetr qiymətləndirilən böyük qaz yatağı tapıb. 
 "Reuters" xəbər verir ki, qaz yatağı Sıçuan hövzəsinin kənarında, Çonqing şəhərinin ərazisində yerləşir.
Şirkətin İdarə Heyətinin sədri Ma Yonqşenqin sözlərinə görə, dərin şist qazı yataqlarının kəşfiyyatı və işlənməsi üçün yaxşı perspektivlər var: "Bu, ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək. Şist qazı təmiz enerji mənbələrindən biri hesab olunur".
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş