Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Mariupolun yenidən qurulması üçün 18 milyard avro lazımdır

Tarix :
Mariupolun yenidən qurulması üçün 18 milyard avro lazımdır

Rus işğalçıları tərəfindən dağıdılan Mariupolun yenidən qurulması 12-18 milyard avroya başa gələ bilər. 
Xarici KİV xəbər verir ki, bu barədə Ukrayna şəhərlərinin bərpası üzrə "Ro3kvit" koalisiyasının həmtəsisçisi holland memar Fulko Treffers deyib. 
“Əslində indi bütün rəqəmlər kifayət qədər təxminidir. Xüsusilə də hesablamalar aparmaq çox çətindir, çünki Mariupoldan nə qalacağını bilmirik ... Eşitdiyim rəqəm 12-18 milyard avrodur. Biz optimal şəkildə işləyən şəhər yaratmaq istəyirik”, - deyə o bildirib.
Memar qeyd edib ki, Mariupolun yenidən qurulması layihəsi artıq hazırlanıb.