iPhone fabrikində etiraz aksiyası keçirən işçilərdən şirkət üzr istədi

access_time24-11-2022, 16:31 visibility4 categoryXəbərlər
Apple üçün iPhone istehsal edən Tayvanda yerləşən “Foxconn” şirkəti Çində 200 min işçinin çalışdığı iPhone fabrikindəki şiddətli etirazlardan sonra üzr istəyib.
 
Xarici medianın məlumatına görə, Foxconn tərəfindən yeni işçilərə vəd edilən bonus ödənişlərinin edilməməsi ilə bağlı verdiyi açıqlamada, "Komandamız məsələni araşdırdı və işə qəbul prosesində texniki səhv olduğunu müəyyən etdi. Verilən əmək haqqı ilə razılaşdığımız məbləğin rəsmi əmək müqaviləsi ilə eyni olmasına zəmanət veririk” – deyilib.
Tayvan şirkəti istefa vermək və fabrikdən çıxmaq istəyən işçilərin üstünlüklərinə hörmət ediləcəyini və təzminat ödəniləcəyini açıqlayıb.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş