Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukrayna Futbol Federasiyasının prezidenti çirkli pulların yuyulmasında ittiham olunur

Tarix :
Ukrayna Futbol Federasiyasının prezidenti çirkli pulların yuyulmasında ittiham olunur

Ukrayna Futbol Federasiyasının (UAF) prezidenti Andriy Pavelko dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur.
 
Xarici medianın məlumatına görə, Ukrayna polisi çərşənbə axşamı Pavelkoya onun vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ittihamı ilə prokurorluğa çağırıldığına dair sənəd təqdim edib.
İttiham Birləşmiş Ərəb Əmirliklərində UAF-nin SDT-yə həddindən artıq ödəmələri ilə bağlı 4 illik istintaqın bir hissəsidir.
SDT Ukraynanın ilk süni ot örtüyü istehsalı müəssisəsinin yaradılması üçün UAF ilə işləyirdi. Pavelkonun bu şirkət vasitəsilə pulları yuduğu iddia edilib.
UAF-nin vəkili Denis Buqay, SDT-nin artıq ödənildiyini təsdiqləyərək, bu pulun sonradan UAF tərəfindən geri alındığını bildirib.
O, 2015-ci ildən UAF rəhbəri olan Pavelkoya qarşı ittihamların həqiqətə uyğun olmadığını müdafiə edib.
UAF-dan verilən açıqlamada, iddialarla bağlı əvvəlki araşdırmada Pavelkonun təqsirli olmadığı bəyan edilib.