Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

41 ölkədə, 1186 stadionda oyuna baxıb

Tarix :
41 ölkədə, 1186 stadionda oyuna baxıb

Trabzonlu futbol azarkeşi Halil İbrahim Birinci oyunları stadiondan izləmək üçün 41 ölkəyə gedib. 
1186 stadionun tribunasında yerini alan Birincinin məqsədi ümumilikdə 100 ölkəyə getməkdir.
Almaniyanın Frankfurt şəhərində yaşayan və bələdiyyə polisi işləyən Halil İbrahim Birinci ən böyük hobbisinin müxtəlif stadionlarda oyunlara baxmaq olduğunu bildirib. Hər boş vaxtında səyahət etdiyini söyləyən Birinci deyib: “Getdiyim hər ölkədə stadiona gedib oyuna baxıram. Əvvəllər avtostopla səyahət edirdim, amma sonra plan qurub ölkədən ölkəyə səfərə başladım.
Hollandiya və Avstriyadakı oyunlara baxandan sonra müşahidə etdim ki, hər klubun futbol mədəniyyəti var. Çox maraqlı olanda istiqamətimi Cənubi Amerikaya çevirdim. Oradakı azarkeşlik çox fərqlidir. Məqsədim 100 müxtəlif ölkədəki oyunları izləməkdir. Müasir stadionları sevmirəm. Arzu edirəm ki, köhnə stadionlar sökülməsin”.