Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Lavrovdan AP-nin qərarına REAKSİYA

Tarix :
Lavrovdan AP-nin qərarına REAKSİYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Parlamentinin Rusiyanı “terrorçuluğu dəstəkləyən ölkə” kimi tanıması qərarına münasibət bildirib.
"Rossiya-1" dövlət kanalına açıqlama verən Lavrov, AP-nin qərarını dəyərləndirərək, "Məncə, bu, ağlı başında olan hər kəs üçün açıqdır, amma tibb təhsilim yoxdur" deyib. 
Bundan  əlavə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Mən Avropa Parlamentini “axmaqlığın sponsoru” kimi tanımağı təklif edirəm”, - deyə ifadə işlədib. 
Avropa Parlamenti Rusiyanı “qeyri-insani və qəddar hərəkətlər” ittihamı ilə “terrorçuluğu dəstəkləyən ölkə” kimi tanıyan qətnamə layihəsini qəbul edib.