Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Putin İrəvanda oteldə yatdı, Lukaşenko villada gecələdi

Tarix :
Putin İrəvanda oteldə yatdı, Lukaşenko villada gecələdi

Belarus prezidenti Aleksandr Lukaşenkonun KTMT sammiti çərçivəsində Ermənistana səfərilə bağlı yeni məlumat yayılıb. 
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, KTMT-nin İrəvandakı tədbirinə gələn bütün qonaqlar, o cümlədən Rusiya prezidenti Vladimir Putin oteldə gecələdiyi halda, Lukaşenko şəxsi evə qonaq çağırılıb. Belə ki, Belarus lideri “Çiçəklənən Ermənistan” partiyasının sədri, milyarder Qaqik Tsarukyan tərəfindən onun şəxsi evində qonaq edilib.
Məlumata görə, Tsarukyan Lukaşenkonu malikanəsində qonaq etmək üçün hərtərəfli  hazırlıq görüb. Bütün malikanəni Tsarukyanın mühafizəçiləri qoruyublar, onlar Lukaşenkonu xüsusi ağ-qara geyimdə qarşılayıblar.