
Rusiya Müdafiə Nazirliyi əsirlikdə olan 35 rus əsgərinin vətənlərinə qayıtmasının görüntülərini paylaşıb.
Bu barədə hərbi idarənin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hərbçilər noyabrın 23-də geri qaytarılıb.
Sərbəst buraxılan hərbçilər hərbi idarənin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Aerokosmik Qüvvələrinin Hərbi Nəqliyyat Aviasiyasının təyyarələri ilə Moskvaya gətiriliblər.
