Rusiya hərbçilərinin parodiyasını dərc edən Nikolay Lebedev adlı blogger miqrasiya qanunlarını pozduğu üçün Rusiyadan Moldovaya qovulub.
"İzvestiya" nəşri xəbər verir ki, bloggerin olduğu təyyarə Moskva vaxtı ilə saat 07:00-da Domodedovo hava limanından havaya qalxıb.
Onu da deyək ki, noyabrın 9-da Moskvanın Presnenski Məhkəməsi immiqrasiya qanunlarını pozduğuna görə Nekoqlaya 5 min rubl cərimə kəsilməsi və ölkədən çıxarılması barədə qərar çıxarıb.