Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rafiq Cəlilov həbsdə olan sabiq icra başçısının kadrının vəzifəsini KİÇİLTDİ

Tarix :
Rafiq Cəlilov həbsdə olan sabiq icra başçısının kadrının vəzifəsini KİÇİLTDİ

Cəlilabad Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vəliyev Yaşar Adışirin oğlu vəzifəsindən azad olunub.
"Unikal"ın məlumatına görə, bununla bağlı icra başçısı Rafiq Cəlilov əmr imzalayıb.
R. Cəlilovun digər əmri ilə, şöbə müdiri vəzifəsindən azad edilən Yaşar Vəliyev Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Y. Vəliyev Cəlilabad RİH-də şöbə müdiri vəzifəsinə sabiq icra başçısı Namiq Zeynalovun dövründə təyinat almışdı. Namiq Zeynalov isə bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
  • Rafiq Cəlilov həbsdə olan sabiq icra başçısının kadrının vəzifəsini KİÇİLTDİ