Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Səudiyyə Ərəbistanında 12 gündə 17 nəfər edam edilib

Tarix :
Səudiyyə Ərəbistanında 12 gündə 17 nəfər edam edilib

Ər-Riyadın noyabrın 10-dan bu yana 17 nəfəri edam etdiyini açıqlayan BMT İnsan Haqları sözçüsü Throssell, "Narkotik cinayətlərə görə edamların bərpası son dərəcə kədərli bir addımdır" dedi.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığı Səudiyyə Ərəbistanının noyabrın 10-dan bəri 17 nəfəri edam etdiyini açıqlayıb. Səudiyyə Ərəbistanında edamlar adətən məhbusun başını qılıncla kəsməklə həyata keçirilir.

Təxminən iki həftə ərzində narkotik və qaçaqmalçılıq ittihamı ilə 17 kişinin edam edildiyini açıqlayan BMT-nin İnsan Haqları sözçüsü Elizabeth Throssell Cenevrədə açıqlama verib. "Səudiyyə Ərəbistanında narkotiklərlə bağlı cinayətlərə görə edamların bərpası son dərəcə təəssüf doğuran addımdır", - Throssell bildirib. Ər-Riyad ötən il söz vermişdi ki, zorakılıq olmayan cinayətlərə görə ölüm hökmü tətbiq edilməyəcək.