Moskvanın mərkəzində Əlcəzairin Rusiyadakı səfiri Smail Benamaranın iqamətgahının binasında yanğın baş verib.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, 2-ci mərtəbədə başlayan yanğın artıq söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.