Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Dəhşətli olay: Qocalar evində yaşlı qadına təcavüz etdilər - Özünün öldürülməsini istəyir

Tarix :
Dəhşətli olay: Qocalar evində yaşlı qadına təcavüz etdilər - Özünün öldürülməsini istəyir

Beçikanın şimalında Antverpen şəhərindəki qocalar evində qalan 89 yaşlı qadın iyul ayında 36 yaşlı kişi tərəfindən cinsi istismara məruz qalıb.
Xarici KİV xəbər verir ki, çox keçməyib hadisəni törədən şəxs saxlanılıb.  Baş tutan ilk məhkəmədə yaşlı qadının vəkili məhkəmədən işin tezləşdirilməsini və təcili yekunlaşdırılmasını xahiş edib.
Vəkil Ualter Damen, "Müvəkkilim bşına gələn zorlanma hadisəsindən sonra psixoloji əziyyət çəkir. Hadisə həqiqətən dəhşətlidir. Müvəkkilim evtanaziya (həkim vasitəsi ilə "ölmək hüququ"- red:) istəyib. Onun son istəyi isə cinayətkarın ən ağır şəkildə cəzalandırılmasıdır" deyə bildirib.  
Məhkəmə orqanları zərərçəkmişin işin sürətləndirilməsi ilə bağlı müraciətinə müsbət cavab verib. Narkotik maddələrdən istifadə kimi cinayətlərə görə əvvəllər məhkum olunmuş şübhəlinin cəza tələbini prokurorun yaxın bir neçə gün ərzində bildirəcəyi açıqlanıb.