İranda 51 işçi qazdan zəhərləndi

Tarix :
İranda 51 işçi qazdan zəhərləndi

İranın Urmiya şəhərində yerləşən zavodların birində 51 işçi qazdan zəhərlənib.

"ISNA” agentliyi xəbər verir ki, işçilərin zəhərlənməsinə səbəb ammonyak sızması olub. 

Məlumata görə, zəhərlənən işçilərdən 4-ü hazırda xəstəxanadadır. Digərlərinin vəziyyəti isə sabit olduğundan evə buraxılıblar.