Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Elman Nəsirov: “Zəngilan Beynəlxalq Hava Limanının açılışı Ermənistana bir siqnal oldu”

Tarix :
Elman Nəsirov: “Zəngilan Beynəlxalq Hava Limanının açılışı Ermənistana bir siqnal oldu”

“Oktyabrın 20-ü sözün həqiqi mənasında olduqca əlamətdar bir gündür”.
Bunu Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov Zəngilanda Beynəlxalq Hava limanının açılışı ilə bağlı açıqlamasında söyləyib:
“Bu gün işğaldan azad edilmiş torpaqlarımızdan biri olan Zəngilanda beynəlxalq hava limanının açılışı reallaşdı. Bundan öncə isə analoji hadisə Füzuli Hava Limanının açılışı olmuşdu. O zaman da qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak etmişdi. Bu dəfə də Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etdi. Bu, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının ifadəsidir. Bugünkü dünyamızda dövlətarası etimadszılıq mühiti mövcuddur və bu reallıqda dövlətlərarası münasibətlər necə olmalıdır sualına cavab vermək üçün uzağa getmək lazım deyil. Azərbaycan-Türkiyə dostuğunu öyrənmək lazımdır. Zəngilan Beynəlxalq Hava Limanının açılışı da bir daha bunu təsdiqlədi. Bu, həm də onu təsdiqlədi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır. Bütün torpaqlarımızı işğaldan azad etmək bizim hədəfimiz idi. Bu ulu öndər Heydər Əliyevin də ən böyük vəsiyyəti idi. Cənab İlham əliyev bu missiyanı şərəflə yerinə yetirdi. Müzəffər Ali Baş Komandan olaraq yenilməz ordusu və xalqın dəstəyi ilə torpaqlarımızı işğaldan azad etdi və hədəf qoydu ki, işğaldan azad olunmuş torpaqlarımızın yenidən quracaq və Qarabağı cənnət diyarına çevirəcəyik. Zəngilanda Beynəlxalq Hava limanının işə salınması bunu bir daha göstərdi”.

Deputat həmçinin Ermənistanın bu cür hadisələrdən dərs çıxarmalı olduğunu da qeyd edib:
“Zəngilan Beynəlxalq Hava Limanının açılışı Ermənistan üçün də ciddi siqnal oldu ki, ağıllarını başlarına toplasınlar, papaqlarını qarşılarına qoyub düşünsünlər. Düşünsünlər ki, daha müharibəyə birdəfəlik “yox” deyib Azərbaycanla əməkdaşlıq etmək lazımdır. Mən deyərdim ki, bu, Ermənistan üçün hava, su kimi vacib bir məsələdir. Yəni bu açılış mərasiminin belə, böyük bir siyasi mənası da var”.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.