Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Peskov: “Bu, Türkiyənin qanuni haqqıdır“

Tarix :
Peskov: “Bu, Türkiyənin qanuni haqqıdır“

“Kreml Türkiyənin öz təhlükəsizliyini təmin etmək əzmini anlayır və ona hörmət edir”.
“Moskovskiy Komsomolets” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Ankaranın Suriyada kürdlərə qarşı keçirdiyi xüsusi əməliyyatı şərh edib: "Bu, onların qanuni hüququdur".
Kreml sözçüsü, həmçinin, bütün tərəfləri vəziyyəti gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırıb. 
O əlavə edib ki, Rusiya və Türkiyənin Suriyadakı vəziyyət və öhdəliklərinin yerinə yetirilməməsi məsələsi ilə bağlı yanaşmalarında müəyyən nüanslar var. Bu fikir ayrılıqları iki prezident tərəfindən dəfələrlə müzakirə olunub:
“Münasibətlərin dostluq xarakteri bu fikir ayrılıqlarının açıq müzakirəsinə imkan verir”.