Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İndoneziyada zəlzələ qurbanlarının sayı 268 nəfərə çatdı - YENİLƏNİB

Tarix :
İndoneziyada zəlzələ qurbanlarının sayı 268 nəfərə çatdı - YENİLƏNİB

İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 268 nəfər olub.
Bu barədə İndoneziya rəsmiləri bildirib.
1000-dən çox insanın xəsarət aldığı məlumdur. 151 nəfər itkin düşüb. Eyni zamanda, 7000 nəfər zəlzələnin fəsadları səbəbindən evinə qayıda bilmir.
***13:21
Ötən gün İndoneziyanın Yava adasında baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 252 nəfərə çatıb.
Bu barədə bu gün yerli hökumət orqanları açıqlayıb.
Xəsarət alanların sayı isə 377 nəfər təşkil edir. 31 nəfər indiyədək itkin düşmüş hesab olunur.
Ötən gün baş vermiş 5,6 bal gücündə zəlzələ nəticəsinə 7 mindən çox şəxs yaşayış yerini tərk etməli olub.