Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Hindistanda polis sakinlərə atəş açdı - ÖLƏNLƏR VAR

Tarix :
Hindistanda polis sakinlərə atəş açdı - ÖLƏNLƏR VAR

Hindistanın şərqindəki Assam ştatında polislər bir qrup sakinə atəş açıb.
Bu gün baş vermiş hadisə nəticəsində 6 nəfər həlak olub.
Qeyd olunur ki, polis əməkdaşları qanunsuz oduncaq daşıyan yük maşınını saxlayıb. Yerli sakinlər baş verənləri izləmək üçün toplaşıb və yekunda polis atəş açmağa başlayıb.
Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Ştat rəhbərliyi həlak olanların ailələrinə təzminat ödəniləcəyini açıqlayıb.