Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Dərnəgül“ və “Koroğlu“ arasında 3 yeni stansiya inşa olunacaq

Tarix :
“Dərnəgül“ və “Koroğlu“ arasında 3 yeni stansiya inşa olunacaq

Bakı metropoliteni Yaşıl xətt üzrə "Dərnəgül" stansiyasından "Koroğlu" stansiyasına qədər tikiləcək 3 yeni stansiyanın layihə-smeta sənədlərinin hazırlanmasını başa çatdırıb.
Trend xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.
O bildirib ki, xətt üzrə bütün sənədləşmə işləri hazırdır:
"Tikinti barədə tapşırıq verilən kimi dərhal işlərə başlanacaq. Hazırda tikintiyə başlamaq üçün lazım olan bütün şərait var. Metropolitenin tikintiyə başlamaq üçün kifayət qədər texniki və zehni potensialı mövcuddur".