Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanın bu səfirliklərin açılması üçün vəsait ayrılır

Tarix :
Azərbaycanın bu səfirliklərin açılması üçün vəsait ayrılır

Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirliklərinin, Fələstində nümayəndəliyin açılması və digər xərclərlə bağlı 2023-cü il dövlət büdcəsindən 15,9 milyon manat vəsatin ayrılması təklif edilir.
Bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, bu barədə 2023-cü il dövlət büdcəsinə dəyişiklik təklif olunur.
O qeyd edib ki, dəyişikliklər büdcə qaydalarına uyğundur.