Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Brüsseldə Serbiya və Kosovo razılığa gələ bilmədilər

Tarix :
Brüsseldə Serbiya və Kosovo razılığa gələ bilmədilər

Serbiya və Kosovo liderləri Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Brüsseldə keçirilən fövqəladə iclasda tərəflər arasında gərginliyi azaltmaq üçün razılığa gələ bilməyiblər.

Serbiya ilə Kosovo arasında şəxsiyyət vəsiqəsi və avtomobil nömrələri səbəbiylə bir müddətdir artan gərginlik üzərinə Serbiya Prezidenti Aleksander Vucic və Kosovo Baş naziri Albin Kurti Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə ayrı-ayrılıqda və üçtərəfli görüşlərdə görüşüb.

Borrell, görüşün sonunda verdiyi açıqlamada Vuçiç və Kurti arasındakı görüşdən gərginliyi azaltmaq üçün heç bir həllin olmadığını açıqladı.