Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Dünyanın ən varlı adamı İlon Maskın sərvəti buxarlandı

Tarix :
Dünyanın ən varlı adamı İlon Maskın sərvəti buxarlandı

Dünyanın ən varlı adamı İlon Maskın sərvəti ilin əvvəlindən 100 milyard dollardan çox azalıb.
 
Xarici medianın məlumatına görə, Tesla, SpaceX və Twitter-in baş direktoru Maskın sərvətləri birjalardakı kəskin itkilərlə əriyib.
Ötən ilin noyabrında 340 milyard dollara çatan 51 yaşlı Maskın sərvəti dünən 8,6 milyard dollar zərərlə 170 milyard dollara düşüb. Belə ki, İlon Maskın sərvəti son bir ildə 170 milyard dollar, ilin əvvəlindən isə 101 milyard dollar azalıb. Bu tənəzzülə baxmayaraq, Mask dünyanın ən zəngin adamı olaraq qalır.