Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bu ölkə 4 günlük iş sisteminə keçdi - İşçi gün ərzində neçə saat işləyəcək?

Tarix :
Bu ölkə 4 günlük iş sisteminə keçdi -  İşçi gün ərzində neçə saat işləyəcək?

Belçikada qüvvəyə minən yeni qaydalara əsasən, işçilər həftədə 4 gün işləmək imkanı əldə edə biləcək. 

Bunun üçün işçi və işəgötürən razılaşmalıdır. Belçikada işçilər həftədə 38 saat işləyir. Yeni qaydalara əsasən, iş müddəti 5 gün əvəzinə 4 günlə əvəzlənəcək. Bu halda işçi gün ərzində 9 saat 30 dəqiqə işləməlidir. 

Bu fürsətdən yararlana bilənlər həftə sonu 3 günlük məzuniyyət götürə və ya həftə ərzində əlavə 1 günlük məzuniyyətdən istifadə edə biləcəklər. İşəgötürənlə razılaşma nəticəsində yeni qayda 6 ay müddətinə qüvvədə olacaq. Müqavilənin 6 ayın sonunda qarşılıqlı razılaşma ilə yenidən uzadılmaq imkanı var.

Qaydalara əsasən, işəgötürənlər belə bir tələbdən imtina edə bilər. Amma imtinanın üzrlü səbəbə əsaslanması tələb olunur.

Qeyd edək ki, Avropanın daha bir neçə ölkəsi bu təcrübəni öyrənir.