Portuqaliya millisinin və "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə yeni rekorda imza atıb.
Onun instaqram hesabında izləyicilərinin sayı 500 milyonu keçib.
37 yaşlı portuqaliyalı tarixdə instaqramda ən çox izləyicisi olan şəxsdir.
Qeyd edək ki, ulduz futbolçu ailəsi ilə fotolarını, həmçinin oyunlardan hərəkətli kadrları paylaşır.