Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İrəvanda Putin əleyhinə aksiyalara hazırlıq gedir

Tarix :
İrəvanda Putin əleyhinə aksiyalara hazırlıq gedir

KTMT Şurasının noyabrın 23-də İrəvanda keçiriləcək növbəti iclası Ermənistanda birmənalı qarşılanmır.
“Hraparak” xəbər verir ki, Putinin səfəri ərəfəsində ölkənin qərbpərəst və rusiyapərəst siyasətçiləri arasında polemika başlayıb.
Erməni nəşrinin yazdığına görə, Nikol Paşinyanın elektoratları arasında təsvirolunmaz isteriya yüksəlib. "Hər yerdə Putini "layiqincə" əyaqətlə qarşılamaq barədə çağırışlar edirlir, əhalini etiraz aksiyalarına çağırıb, rus mədəniyyətinə aid heykəlləri dağıtmağı planlaşdırıraraq, “KTMT düşmən strukturudur” mesajları və materiallar yayırlar", - deyə “Hraparak” qeyd edir.
Nəşr əlavə edib ki, Ermənistanda “Şüurlu Vətəndaşlar İttifaqı” QHT proqramının koordinatoru Daniel İoannisyan noyabrın 23-də İrəvanın Azadlıq meydanına toplaşacaqlarını açıqlayıb.
“Ermənistanın ərazi bütövlüyünü qorumaq öhdəliyi imzalamış ölkələrin rəhbərləri Ermənistana gəlirlər. Həmin ölkələr, xüsusən də Rusiya təhlükəsizlik təminatımızı yerinə yetirməyib. Amma liderlər (Putin, Lukaşenko və başqaları) bu ilin sentyabrında Ermənistanın xahişinə cavab olaraq, bizə nəinki heç bir köməklik göstərməyib, əksinə, Azərbaycana hər cür siyasi dəstək veriblər. Xəyanət edənləri İrəvanda etiraz aksiyaları ilə qarşılamaq ən azı ləyaqət məsələsidir. Hava limanına gedən yolda piketlər olmalı, hətta bunu Azadlıq meydanında mitinqlə və ya hər hansı digər dinc toplaşma yolu ilə etmək olar.
“Avropa” Partiyasının sədri Tiqran Xzmalyan da Putini qarşılamaq üçün etiraz aksiyalarını dəstəkləyib. Aram Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyası isə bəyan edib ki, KTMT-nin sammiti ilə bağlı keçiriləcək aksiyada partiya üzvləri sərbəst iştirak edə bilərlər”.
"Hraparak" əlavə edir ki, həm Tiqran Xzmalyan, həm də Aram Sarkisyan Nikol Paşinyanın parlamentdən kənar tərəfdarlarıdır. Onlar ən azı ayda bir dəfə Paşinyanla görüşür və özlərinin dediyinə görə, ona məsləhətlər verir, müxtəlif məsələlərdə istiqamət göstərirlər.