Putin bu gün Ermənistana gedir

Tarix :
Putin bu gün Ermənistana gedir

Rusiya Prezidenti Vladimir Putin bu gün Ermənistana səfər edəcək.  
Rusiya lideri KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçiriləcək iclasına qatılacaq.
Rusiya Prezidenti sonuncu dəfə Ermənistanda 2019-cu ildə Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində olub. 
Kollektiv Təhlükəsizlik Şurasının tədbirində Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emomali Rahmon və KTMT-nin baş katibi Stanislav Zas iştirak edəcək. 
 Qeyd edək ki, hazırda KTMT-yə Errmənistan sədrlik edir.