Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ötən həftə evlənən Aslı Enver hamilə imiş

Tarix :
Ötən həftə evlənən Aslı Enver hamilə imiş

Noyabrın 14-ü iş adamı Berkin Gökbudakla evlənən türkiyəli aktrisa Aslı Enverin hamilə olduğu üzə çıxıb.
Türkiyə mətbuatının məlumatına görə, səssiz-sədasız ailə həyatı quran məşhur aktrisa sevənlərini ana olmağa hazırlaşması xəbəri ilə ikinci dəfə təəccübləndirib.
İddialara görə, evliliyin hamıdan gizlədilməsinin səbəblərindən biri də hamiləlik olub.
Aktrisa bu müddət ərzində ekranlarda olmayacaq. Belə ki, “Benim Adım Farah” serialında baş rolu canlandırması planlaşdırılan Aslı Enver hamilə olduğu üçün layihədə yer almayacaq.
Qeyd edək ki, 2019-cu ildə müğənni Murat Bozla illərdir davam edən münasibətinə son qoyan A. Enver daha sonra iş adamı Önder Öztarhanla sevgili olmuş, lakin bu ilin aprelində də bu əlaqəsini sonlandırmışdı.