Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyada iki vulkanın aktivləşməsi gözlənilir

Tarix :
Rusiyada iki vulkanın aktivləşməsi gözlənilir

Rusiyanın uzaq şərqində yerləşən Kamçatka yarımadasında iki vulkanın aktivləşməsi nəticəsində kül buludları və alov səmaya sıçrayıb, alimlər burada böyük partlayışların baş verə biləcəyini proqnozlaşdırırlar.

Paytaxt Moskvadan təxminən 6 min 600 kilometr şərqdə Sakit Okeana qədər uzanan yarımada, təxminən 30 aktiv vulkanı ilə dünyanın ən sıx geotermal fəaliyyət bölgələrindən biri olaraq tanınır.
Şənbə günü bölgədə baş verən zəlzələdən sonra iki vulkanda aktivliyin artdığı bildirilib.

Rusiya Elmlər Akademiyasının Vulkan Tədqiqatları İnstitutundan verilən açıqlamada Kamçatka yarımadasındakı 4754 metr yüksəklikdəki Klyuçevskaya Sopka vulkanında saatda orta hesabla 10 püskürmənin baş verdiyi bildirilib. Klyuchevskaya Sopka Avrasiyanın ən yüksək aktiv vulkanı kimi tanınır.